Gülümsəyərək Susmaq: Toksik Pozitivliyin Görünməyən Təhlükəsi

Xanım Rzayeva

Sadəcə "Pozitiv Düşün" Deyiləndə...
Müsbət düşünmək həyatda daha möhkəm dayanmağımıza kömək edə bilər. Lakin hər bir neqativ duyğunu inkar edib, daim pozitiv olmağa çalışmaq insan psixologiyasına ciddi zərər vura bilər. Bu yanaşmaya müasir psixologiyada toxic pozitivlik (zərərli pozitivlik) deyilir. Toksik pozitivlik, emosional ağrını, kədəri və çətinlikləri görməməzlikdən gəlməyi təşviq edən bir davranış modelidir.
Toksik Pozitivlik Nədir?
Toxi pozitivlik, özümüzdə və başqalarında neqativ emosiyaları inkar
etmək, basdırmaq və ya rədd etmək praktikasını ifadə edir. Bu, "Sadəcə
yaxşı düşün!", "Hər şeyin bir səbəbi var!" və ya "Yaxşı tərəfdən
bax!" kimi ifadələrlə özünü göstərir.
Qısa müddətlik pozitiv qalmaq bəzən lazımlı olsa da, uzunmüddətli emosional
basdırma insanın emosiyalarını işləməsinə mane olur, daxili narahatlıq, utanc və
günahkarlıq hisslərinin yaranmasına səbəb olur.
Toksik Positivliyin Psixoloji Təsirləri
1. Emosiyaların Bastırılması: Emosional inkar, əsl
problemləri həll etməyi əngəlləyir və daxili gərginlik yaradır.
2. Utanc və Günahkarlıq: İnsanlar öz neqativ hisslərinə
görə utanır və onları "səhv" hesab edirlər.
3. Əsl Dəstəyin Əngəllənməsi: Toxic pozitivlik, həqiqi
empatiyanı əvəz edir və insanlar özlərini anlaşılmamış hiss edirlər.
4. Münasibətlərdə Uzaqlaşma: Daimi pozitivlik tələbləri
qarşılıqlı güvən və həqiqi əlaqə qurmağı çətinləşdirir.
Toksik Pozitivliyin Real Həyatda Nümunələri
·
Bir
şəxs deyir: "İşim çox streslidir.
Cavab
verilir: "Heç olmasa işin var, şükür elə."
·
Bir
dost deyir: "Bu günüm çox ağır keçir.
Cavab gəlir: "Amma həyatında
minnətdar olmalı olduğun çox şey var."
Bu cür cavablar qarşı tərəfin duyğularını görməməzlikdən gəlir və onun
yaşadığı ağrının doğruluğunu inkar edir.
Sosial Şəbəkələrdə Toksik Pozitivlik: Elmi Tədqiqatın Nəticələri
Son dövrlərdə aparılan tədqiqatlar göstərir ki, sosial mediada daim müsbət
məzmun paylaşmaq bəzən gözlənilən effekti vermir. 2024-cü ildə yayımlanan bir
araşdırmada, şəxsi təcrübələrini həddən artıq müsbət tonla paylaşan insanların
öz hissləri üzərində müxtəlif təsirlər yaşadığı aşkar edilib.
Araşdırmanın nəticələrinə görə (Carr et al., 2024):
·
Yüksək
özünəhörmətə (self-esteem) sahib olan insanlar müsbət paylaşımlardan daha çox
zövq alır və öz təqdim etdikləri imicə daha çox sadiq qalırlar.
·
Aşağı
özünəhörmətə sahib olan insanlar isə müsbət paylaşımlar etdikdə daha az həzz
alır və bəzən paylaşdıqları obrazla əlaqəni itirirlər.
·
Əgər
paylaşımda həqiqi emosiyaların basdırılması hiss olunursa (yəni
"toxicity" yüksəkdirsə), insanlar bu paylaşımlara qarşı daha az
bağlılıq hiss edirlər.
·
Sosial
təsdiq (dostlardan gələn "like"lar, şərhlər) nəticəsində isə bu
neqativ təsirlər zamanla azala bilər.
Bu tədqiqat göstərdi ki, sadəcə pozitiv mesajlar paylaşmaq insanı avtomatik
olaraq daha yaxşı hiss etdirmir. Əksinə, əgər bu mesajlar insanın real
emosiyalarını əks etdirmirsə və ya özünü aldatmaq məqsədi daşıyırsa, nəticədə
daha çox narahatlıq və özgüvən problemləri yarana bilər.
Buna görə də, sosial mediada paylaşım edərkən, gerçək hissləri və daxili
emosional uyğunluğu qorumaq vacibdir. Pozitivlik yalnız o zaman sağlamdır
ki, insanın həqiqi təcrübəsi ilə uyğun gəlir.
Pozitivlik və Toxic Positivlik Arasındakı Sərhəd
Normal pozitivlik, çətin vəziyyətlərdə ümidi qorumağa kömək edir. Lakin toksik
pozitivlik insanın bütün neqativ emosiyalarını rədd etməyi və yalnız xoşbəxtlik
"maskası" taxmağı tələb edir.
Araşdırmalar göstərir ki, bəzi hallarda, məsələn, idarə edə bilmədiyimiz
hadisələr zamanı (işdən çıxarılmaq kimi), müsbət düşünmək kömək edə bilər.
Ancaq idarə edə biləcəyimiz situasiyalarda və ya şəxsiyyətə təhdid yarandıqda
(məsələn, irqçiliklə qarşılaşanda), zorla müsbət qalmaq rifahı azalda bilər.
Toksik Pozitivliklə Necə Mübarizə Aparmalı?
·
Hissləri
Qəbul Et: Hər duyğu — kədər, qorxu, qəzəb — həyati
dəyərlidir və bir siqnal daşıyır.
·
Empati
Qura Bil: Qarşı tərəfin hisslərini inkar etməkdənsə,
"Bu çətin olmalıdır, mən buradayam" demək daha faydalıdır.
·
"Gərək"
və "Mütləq" Kimi İfadələrdən Çəkin: "Mütləq pozitiv olmalıyam" düşüncəsi real
olmayan gözləntilər yaradır.
·
Öz
Daxili Dialoquna Diqqət Yetir:
Özünə "Bu hiss etdiklərim doğrudur və keçicidir" demək emosional
sağlamlığı gücləndirir.
Əgər bu sahədə çətinlik yaşayırsansa, bir psixoloqla işləmək kömək edə bilər.
Emosiyaları anlamaq və onlarla sağlam ünsiyyət qurmaq bacarığı öyrənilə bilər.
Nəticə: Hər Hissin Yaşanmağa Dəyər Olduğunu Unutmayaq
Toksik pozitivlik bizi yalnız "yaxşı" hisslərə icazə verməyə təşviq
edir. Ancaq insan olmanın əsası bütün hissləri — həm müsbət, həm də neqativ —
yaşamaq və onlardan öyrənməkdir. Həqiqi emosiyalarımızı qəbul etmək, daha
sağlam, daha dərin və daha real münasibətlər qurmağımıza kömək edir.
Bəzən sadəcə "yaxşı olmağa" deyil,
"hiss etməyə" ehtiyacımız var.