Ölümdən Qorxan İnsanlar Əslində Yaşamaqdan Qorxurlar?
Fatimə Əhmədova

Bəzən hamı üçün keçərli olan, hər kəsin vaxtaşırı hiss etdiyi təbii qorxular yaşayırıq. Amma sanki bu hissi dünyada təkcə biz təcrübə edirikmiş kimi qəbul edirik. Bu düşüncə isə bizitənhalaşdırır, özümüzü gücsüz hiss etdirir. Bu universal qorxulardan biri də ölüm qorxusudur. Əlbəttə, hər kəsin daxili dünyası fərqlidir; bəziləri bu qorxunu bəlkə də heç vaxt dərindən hiss etmir, ya da görməzdən gəlməyi seçir. İndi isə gəlin, bu fərqlilikləri nəzərə alaraq ölümqorxusunun köklərinə birlikdə enək.
Əslində ölüm, həyatın özü qədər inkaredilməz və dəyişməz bir gerçəklikdir. Statusundan, yaşından və ya kimliyindən asılı olmayaraq, hər bir insan bu sonluq qarşısında bərabərdir və onamane olmaq qeyri-mümkündür. Bəzən bu çarəsizliklə üz-üzə gələndə nə edəcəyimizi, hətta nədeyəcəyimizi belə bilmirik; sözlər tükənir, yerini dərin bir sükut alır. Bu sükut insanın ölümqarşısındakı acizliyini göstərir. Lakin məhz bu qaçılmaz gerçəklik bizə hər anın nə qədərəvəzolunmaz olduğunu xatırladır.
Müdafiə və qəbullənmə mexanizmləri
İnsanlar bu qaçılmaz gerçəkliklə üzləşdikdə fərqli müdafiə və qəbullənmə mexanizmləri inkişafetdirirlər. Bəzilərimiz ölümdən qorunmaq üçün davamlı tibbi müayinələrdən keçir, həddindənartıq sağlam həyat tərzi sürür, risklərdən qaçır və ya bədənindəki hər kiçik siqnala həyəcanlafokuslanır. Ölümün qaçılmazlığını dərk edənlər isə onun üçün hazırlıq görməyə çalışırlar; sığortaetdirmək, vasiyyətnamə yazmaq və ya gələcəyi xırdalığına qədər planlamaq buna misaldır. İstərqaçmaq, istərsə də planlamaq olsun — bütün bu davranışlar əslində insanın qeyri-müəyyənlikqarşısında nəzarəti hiss etmək və özünü təhlükəsizlikdə saxlamaq cəhdidir.
Ölüm qorxusunun səbəbləri ola biləcək faktorlar
İrvin Yalom ölüm qorxusunun arxasında duran əsas hissəcikləri belə sıralayır:
• Ağrı və əzab çəkmək qorxusu: Ölüm prosesinin özünün ağrılı olacağı düşüncəsi.
• Sevdiklərinə acı yaşatmaq: Ölümlə doğmalarını kədərə boğmaq narahatlığı.
• Arzuların və planların yarımçıq qalması: Hələ reallaşdırılmamış xəyalların və yarıdaqalan məqsədlərin təlaşlı hissi.
• Geridə qalanların məsuliyyəti: Öhdəliyimizdə olan insanların, xüsusən ailənin vəuşaqların bizdən sonra necə olacağı qayğısı.
• Cəsədin taleyi: Öləndən sonra bədənin başına gələcəklərin yaratdığı vahimə.
• Naməlumluq: Ölümdən sonra bizi nəyin gözlədiyini bilməməyin verdiyi dərin qeyri-müəyyənlik.
Ölüm qorxusu ilə baş etmək üçün addımlar
1. Qorxunu Qəbul Edin (İnkar Etməyin) Ölüm doğum kimi həyatın təbii bir parçasıdır. Qorxudan qaçmaq əvəzinə onu tanımaq və varlığını qəbul etmək zehindəki qeyri-müəyyənliyi və dəhşəti azaldır.
2. Həyatı Doyğun Yaşayın Ölüm anksiyetəsini bəsləyən əsas şey "yaşanmamış həyatlar" vəyarımçıq qalan arzulardır. Potensialınızı reallaşdırdıqca və anı dəyərləndirdikcə bu qorxutəbii olaraq kiçilir.
3. Sevgiyə Fokuslanın Zehində qorxu ilə sevgi eyni anda var ola bilmir. Diqqəti nəzarəthəvəsindən və həyəcandan alıb sevgiyə, münasibətlərə və daxili hüzura yönəltmək qorxunugerilədir.
4. Ölümü Bir Müəllim Kimi Görün Ölüm həyatı qaraltmır, əksinə ona dəyər qatır. Zamanınsonlu olduğunu bilmək bugünkü bir fincan qəhvəni və sevdiklərimizlə keçirdiyimiz anlarıəvəzolunmaz edir.
5. Fani Olduğunuzu Kiçik Dozalarda Xatırlayın Fani olduğumuzu günün adi birgerçəkliyi kimi qəbul etmək bizi həyatın xırda problemlərindən və idarə edə bilmədiyimizgələcək qayğılarından azad edir.
Sonda isə başladığımız o əsas suala qayıdaq: Ölümdən qorxan insanlar əslində yaşamaqdanqorxurlar?
Şübhəsiz ki, bu sualın cavabı insandan insana dəyişir. Lakin bir çox halda cavabımız 'hə' ola bilər. Burada 'yaşamaqdan qorxmaq' daxili bir çətinliyə, yeniliklərə qucaq açmaq, lazımi risklərialmaq və ya öz arzularının arxasınca getmək üçün ehtiyac duyduğumuz daxili cəsarətinmüvəqqəti olaraq azalmasına işarə edir. İnsan addım atmaqda tərəddüd etdikdə öz potensialınıreallaşdıra bilmir və bu da onun tam mənası ilə məmnun edən, doyğun bir həyat sürməsinə maneolur. Nəticədə, yaşanmamış qalan bu həyat daxildə bir narahatlıq yaradır və ölüm qorxusuşəklində üzə çıxır.
Bəzən ölümdən qorxmamağın ən yaxşı yolu — bu günü həqiqətən yaşamağa cəsarət etməkdir.