Modern tənhalıq: Yaxın, amma uzaq.
Fatimə Əhmədova

Tənhalıq niyə bu qədər dayanılmazdır?
Tənhalıq həm sosyal, həm də duygusal sferada ehtiyacların qarşılanmaması nəticəsində hissedilən bir boşluq duygusudur. Tək hissetmək və ya tək olmaq, əslində hər insanın bir dönəm belə olsa yaşadığı vəziyyətdir. Pataloji bir hal kimi tənhalığı ələ alsaq, bunun qorxuducu və travamatik olduğunu görərik. Modern dünya isə ətrafımızı bir sarmaşıq kimi sarmalayıb və qurtulmağı çətin bir hala gətirib. Bu vəziyyətdə isə, biz çevrəyə uyumlu olmağa çalışırıq.
Müasir dünyada hər şeyimiz var – texnologiya, sosial media, sonsuz imkanlar... Amma qəribə bir şəkildə getdikcə daha çox tənha hiss edirik. Tənhalıq sadəcə tək qalmaq deyil, ruhumuzun dərindən hiss etdiyi bir boşluqdur.
Niyə belə hiss edirik?
Şəhər həyatı bizə hər şeyi təqdim etsə də, bizi özümüzdən uzaqlaşdırır. Xüsusən də hisslərimiz başqaları tərəfindən rədd edildikdə, görməzdən gəlinəndə və ya yanlış anlaşılanda o boşluq daha da böyüyür. Ətrafımızda bizə yoldaşlıq edəcək, duyğularımızı anlayacaq birini tapmayanda bu vəziyyət bizdə ağır bir stresə çevrilir. Maddi qazanclar, bitməyən qaçdı-qovdu içində əslində kim olduğumuzu unuduruq. Nəticədə, ətrafımız insanla dolu olsa belə, içimizdə o "kimsəsizlik" hissi kök salır.
Tənhalıq sadəcə bir duyğu deyil:
- O, müalicə olunmazsa, depressiya, gərginlik və ümidsizliyə qapı açır.
- Özümüzə yadlaşdığımız üçün daxili rahatlığımızı itiririk.
Həyatın dadını qaçıran bir "ruh yorğunluğu" yaradır.
Bəs nə etməli?
- Ekranda yox göz-gözə təmas qur.
- Problemlərdən daha güclü olduğumuzu özümüzə xatırlatmaq.
Sosyal əlaqələri dəyərli olaraq görmək.
Günün mesajı; Tək qalmağı özündən vəya ətrafdan uzaqlaşmaq üçün bir qaçış yolu kimi yox özünü tanımaq üçün bir vasitə olaraq düşün.
Unutmayın, tənhalıq bir seçim ola bilər, amma çarəsizliyə çevriləndə peşəkar dəstək almaqdan çəkinməməliyik. Çünki ruhumuzun da ən az bədənimiz qədər qayğıya ehtiyacı var.