Duyğusal İmmatürite Nədən Qaynaqlanır?

Aynur Şıxalıyeva

Aynur Şıxalıyeva

PsixoloqŞəxsi İnkişaf25 yan, 2026
Duyğusal İmmatürite Nədən Qaynaqlanır?

Böyüdüm, amma tam olmadım…

 

Özünlə tək qalanda düşünürsən ki, sanki içimdə anlaya və adlandıra bilmədiyim bir boşluq var. 

Hadisələrə çox tez reaksiya verirəm, sonra peşman oluram...Məsuliyyətdən qaçıram, ancaq bunu çox vaxt etiraf etmirəm...Tənqidə dözümüm yoxdur, bu məni stresə salır...Tərk edilmə qorxum olduğu üçün toksik münasibətləri davam edirəm və ya manipulyativ davranışlar göstərirəm...

Bu hislər sənə tanışdır? Adlandıra bilmədiyin bu narahatlıq duyğusal immatürite və ya duyğusal yetişkinliyin olmaması əlamətlərinin bəziləridir.

Bu termin psixoanalizdə özünümüdafiə mexanizmalarının sinifləndirilməsində George Vaillant tərəfindən populyarlaşdırılmışdır.

 

Mövzunu daha rahat anlamaq üçün bir nümunə üzərindən baxaq.

 

Bir uşaq təsəvvür et, sevdiyi bir oyuncağını və ya qidasını əlindən al başlayacaq ağlamağa və onu geri almağa. Onun əşyasını başqa uşağa ver, yenə də buna etiraz edəcək, passiv-aqressiv davranışlar göstərəcək. Kiçik uşağın bunu etməsi normal haldır. Ancaq bunu 30-40 yaşlı biri edərsə, bunu biz duyğusal yetişkinliyin olmaması kimi qiymətləndirə bilərik. Yəni, baş verənləri yetişkinliklə qiymətləndirə bilmir, olanlarda başqalarını günahlandırır, tənqidi çox şəxsi qəbul edir, empati bacarığı zəifdir, daim tətikdədir, sağlam münasibətlər qura bilmir. Qısacası, fizioloji böyüyür, emosional böyümür.

 

Bir neçə il öncə İQ səviyyəsi daha ön planda idi. Ancaq dövrümüzdə EQ səviyyəsi (emosional zəka)İQ səviyyəsi qədər əhəmiyyətlidir. Emosional zəka məhz bizim duyğusal yetişkinliyimizi ölçür. İQ səviyyən yüksək ola bilər, amma insanlarla münasibətin sağlam təməllər üzərində qurulmayıbsa onlar səninlə ünsiyyətdən qaçacaqlar.  

 

Bir özünə sual ver- empati bacarığı zəif, öz səhvini qəbul etməyən, məni dinləməyən, impulsiv davranışlar göstərən bir insanla ünsiyyət mənə xoş olar? 

 

Əgər bu əlamətlər başqasında yox, məhz səndə varsa, o zaman artıq özünə etiraf etmək vaxtıdır- hər kəs pis ola bilməz, hər kəs səhv ola bilməz. Böyüdüm, amma tam olmadım deməmək üçün artıq emosional böyümə vaxtıdır...

Əlamətləri özündə və ya başqasında tapdın və sual verirsən bəs bunun səbəbi nədir? Səbəblər adətən uşaqlıqda sağlam olmayan valideyn-övlad münasibətlərindən qaynaqlanır. Valideyn-övlad münasibətində güvənsiz bağlanma; yetəri qədər sevgi, diqqət görməmək; natamam ailədə və ya şiddət görmüş ailədə böyümək; fiziki və ya cinsi istismara məruz qalmaq və s. ola bilər.

Problemi aşkarladın, səbəbin bildin ən önəmli addımı atdın səndə bunun olduğunu qəbul etdin. Təbii olaraq ağlına sual gəldi, bundan qurtulmaq üçün nələr edə bilərəm?

 

Bu durumda olduğun zaman diqqət etməli olduğun məqam emosional zəkanı yüksəltməyə yönələn praktikalar etməyindir. Bunun üçün sənə bir neçə texnika demək istəyirəm:

 

-Müşahidəçi ol-öz daxili dünyanı dinlə. Çox insanın çətinlik çəkdiyi an gündəlik həyat axışına fokuslanıb, özünü dinləməyi unutmasıdır. Gün ərzində ən az 5-10 dəqiqəni sadəcə heç bir şey etmədən sakit dur, dərin nəfəs al-ver və öz daxilini, duyğuları dinlə. Mən özümü necə hiss edirəm? Məni incidən, əsəbi edən, xoşbəxt edən nələri bugün yaşadım? suallarını özünə ver. Bu praktika sənə duyğularını anlamağa, intuisiyanı gücləndirməyə kömək edəcək.

 

-Stul texnikası-2 stulu qarşı-qarşıya qoyaraq birində özün əyləş. Qarşındaki stulda isə əsəbi olduğun, səni incidən bir insanın əyləşdiyini təsəvvür et. İndi ona içindən keçən bütün neqativ sözləri, duyğuları de və öz mənfi duyğularından azad ol. Bu texnika sənə aqressiyanı azaltmağa kömək edəcək.

 

-Film izlə-bir film seç və ordaki personajların xarakterini analiz etməyə başla. Mənfi və müsbət bütün xarakterlərin davranışların obyektiv analiz etməyə çalış. Bu filmə ilk zamanlar dostun və ya ailə üzvlərindən biri ilə baxaraq diskusiya edə bilərsən. Bu praktika sənə empati duyğunu möhkəmləndirməyə dəstək olacaq.

 

Ən əsası birinci durumunu qəbul etməklə başla, araşdırmalar et, texnikaları yoxla. Lazım gələrsə bu durumdan azad olmaq üçün mütəxəssis dəstəyi al. Unutma hər şey yalnız sənin əlindədir. Sən istədiyin zaman dəyişim başlar...

Sevgiylə qal...

    4You | Duyğusal İmmatürite: Səbəbləri və Həll Yolları